Saqlamliq.


 Aclığın çarəsini kartofda axtarın.

Süfrələrin gözü sayılan kartof həm doyurucu, həm də qidalandırıcı xassəyə malikdir. Kartof bol miqdarda C və B vitaminləri ilə, kalium və kalsiumla, protein, dəmir və fosforla zəngindir. Bədənə enerji verir, halsızlığı və yorğunluğu aradan qaldırır, qanda şəkərin miqdarını aşağı saldığı üçün şəkər xəstəliyinə qarşı faydalıdır. Kartof eyni zamanda damar sərtliyini aradan qaldırır, həzmi asanlaşdırır, qanı təmizləyir, xərçəng xəstəliyinə qarşı qoruyucu xarakterə malikdir. Quru dəri üçün faydalı olan kartof həm də bağırsaqda qurdların tökülməsinə yardımçı olur, böyrəklərin dərmanıdır.

Vitamin qəbul et ki, körpən sağlam olsun!

Hamiləlik dövrü orqanizmdən asılı olaraq nəinki ananın, eləcə də dölün sağlamlığında bir sıra problemlər yaranır.

Məsələn, anada ürəkbulanma, başgicəllənmə, iştahanın itməsi və s. Döldə isə bu problem onun inkişafının pozulması ilə müşahidə edilir. Ümumdünya Sağlamlıq Təşkilatı bunun əsas səbəbini orqanizmdə vitamin və mineral çatışmazlığında axtarmağı məsləhət görürlər.
Musahibimiz Elmi-Tədqiqat Ginekologiya və Mamalıq İnstitutunun həkim-mama-ginekoloqu Şölə Cəlilovadır.
Vitamin və mineral kompleksinin qəbuluna gələcək analar nə vaxt başlamalıdırlar?
Ümumiyyətlə, hamiləliyə ailə planlaması zamanından hazırlaşmaq lazımdır. Yəni əvvəlcə qadın və kişi müayinələrdən keçməlidir. Bundan sonra əgər heç bir xəstəlik və ya infeksiya yoxdursa, qadın özünü ana olmağa hazırlamalıdır. Hamilə olmaq istəyən qadın orqanizmini normal səviyyəyə gətirməli, lazımi vitaminləri qəbul etməlidir. Çünki, yalnız normal bədəndə normal uşaq böyüyər.
Hamiləlik dövründə Vitamin və mineralların qəbulu hansı problemlərin qarşısını ala bilər?
Bir çox problemlərin. O cümlədən, erkən və ya gec doğumun qarşısını alır.
Bu dövrdə hansı vitaminlərin yenilənməsi vacibdir?
Əsasən C, E, D, B1, B6, B12 vitaminlərinə və foli turşusuna tələbat artır. Təcrübələrimiz göstərir ki, A və PP vitaminlərinə olan ehtiyac isə çox da dəyişmir.
Bəs minerallar?
Hansı mineralın daha vacib olması hələ də mübahisələr doğurur. Adətən hamiləlik boyu nəzarət minerallara olan tələbatın miqdarını müəyyən edir. Çünki, mineralların tək deyil, birgə istifadəsi nəticə verir.
Hamiləlik dövrü bitdikdən sonra necə, vitamin qəbuluna davam edilməlidir?
Sözsüz! Çünki, doğumdan sonra süd vermək dövrü başlayır. Bu dövr uşağın gələcək sağlamlığının özülünü qoyur. Təbii ki, körpəni süddən ayırana kimi buna davam etmək lazımdır.


Müsahibənin qalan hissəsini daha anlaşıqlı olmaq üçün cədvəl şəklində təqdim edirik.

A vitamini    Dölün boyunun uzanmasını təmin edir. Anada bu vitamin çatışmayanda immunitet aşağı düşür, saçın strukturu pozulur, bronxial xəstəliklərə və s. meyllilik artır.
B1 vitamini    Dölün əzələ və sinir toxumasının yaranmasına kömək edir. Ananın iştaha və yuxusunu tənzimləyir. Çatışmazlıq olanda anada əsəbilik, tez yorulma baş verir. Hətta ürəyin normal fəaliyyətinə də pis təsir göstərə bilər.
B2 vitamini    Qan azlığından qoruyur, dölün ümumi normal inkişafına kömək edir. Onun azlığı vaxtından əvvəl doğuşa və anadangəlmə xəstəliklərə gətirir.
B6 vitamini    B6 vitamininin çatışmazlığı yeni doğulmuşlarda qıc olmaya, mərkəzi sinir sisteminin ləng inkişafına səbəb olur. Özünü hamiləliyin ilkin dövrlərində biruzə verir.
B12 vitamini    Dölün qan-damar və sinir sisteminin normal inkişafını tənzimləyir. Bu vitaminin orqanizmdə azlığı anada başgicəllənmə, zəiflik, qanazlığı və s. əmələ gətirir.
Foli turşusu (Bc vitamini)    Dölün böyüməsi və inkişafının sürətini tənzimləyir. Daimi qəbul edilməsi inkişafdakı qüsurları aradan qaldırır.
PP vitamini     Sinir sistemi və əzələ toxumasının gəlişməsini təmin edir. Anada və döldə enerjinin olmasında iştirak edir. Çatışmazlıq olanda anada iştahanın itməsi, qarnın işləməsinə, çəki azlığı, solğunluq və s. baş verir.
Pantoten turşusu (B5 vitamini)    Yağ və karbohidrat mübadiləsində iştirak edir, cinsi orqanların formalaşdırır. Erkən saç ağarması, tökülməsi və qaşınma ilə çatışmazlığı müşahidə olunur.
Biotin (N vitamini)    Yağ və karbohidrat mübadiləsini normallaşdırır. Çatışmazlığı hamilələrdə ürəkbulanma, iştahanın itməsi, əzginlik və süstlük gətirir.
C vitamini    Dəmirin mənimsənilməsini yaxşılaşdırır, immuniteti möhkəmləndirir. Çiftin formalaşması üçün əsasdır. Analarda yorulma  hiss ediləndə, bu,  orqanizmdə onun çatışmazlığı deməkdir.
D vitamini    Orqanizmin sümük və diş toxumasının yaranmasında əvəzsiz olan fosfor və kalsiumum mənimsənilməsini asanlaşdırır. Yenidoğulmuşlarda “raxit” xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Onun azlığı anada əsəb gərginliyinin artmasına və dişlərinin tez çürüməsinə gətirib çıxarır.
E vitamini    Ananı stress, əzələ gərginliyi və qan azlığından qoruyur
Kalsium    Sümük və diş toxumasının formalaşması və düzgün inkişafı üçün vacibdir. Qan dövranını yaxşılaşdırır.
Maqnezium    Əzələrin işi və orqanizmin enerji ilə təmin olunması baxımından lazımdır.
Dəmir    Qan dövranıında iştirak edir, hemoqlabinin tərkibində oksigeni toxumalara daşıyır.
Sink    Dölün inkişafında iştirak edir, immuniteti möhkəmləndirilmə və qan dövranına kömək edir.
Mis    Kollagen və elastinin (damar divarları və dərinin elastikliyini təşkil edən əsas zülal-red.) formalaşması və bioloji oksodləşmə məhz bu mineralın orqanizmdə miqdarından asılıdır.
Yod    Qalxanabənzər vəzinin hormonlarını təşkil edir. Azlığı balacaboyluluq yaradır və uşaqlarda zehni inkişafı ləngidir.
Manqan    Insulinin ifrazı, qığırdaq toxumasının yaranması və yağ-karbohidrat mübadiləsində əsas rol oynayır.
Xrom    Qanda qlükozanın səviyyəsini normallaşdırır.
Selen    Yodla birlikdə qalxanabənzər vəzi hormonlarının ifrazını yaxşılaşdırır.
Mobilden    Orqanizmdə oksidləşmə prosesinin daimiliyini təmin edir.
Bir çox insanlar xəstələnməyincə həkimə müraciət etmirlər. Amma ən azı ildə iki dəfə müayinədən keçmək, eləcə də, vitamin və mineral kompleksini yalnız lazım olanda deyil, vaxtaşırı qəbul etmək lazımdır.

Təbii qidalanmaya üstünlük verin.

Soyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir.Çünki viruslara antibiotiklərin heç bir təsiri yoxdur. Antibiotiklərdən, sadəcə olaraq, orta qulaq iltihabı, sinuzit və bronxit zamanı istifadə etmək lazımdır. Düzdür, C vitamini sağlam həyat tərzi üçün vacibdir və antioksidant xassəyə malikdir, ancaq bu vitamin də nə qripi, nə də zökəmi müalicə edir.
Vitamin çatışmazlığını dərman şəklində deyil, təbii qidalardan, məsələn, meyvə-tərəvəzlərdən, süd, qatıq kimi məhsullardan istifadə etməklə aradan qaldırmaq məsləhətdir.

Müalicədə istirahət əsas şərtdir

  • Soyuqlama zamanı müalicə məqsədilə dərman qəbul etməyin.
     
  • Mümkünsə, ən azı 1-2 gün istirahət edin.
     
  • Bol isti maye qəbul edin. Cökə, adaçayı, nanə və limon çayları ideal vasitədir.
     
  • Mandarin, portağal, kök kimi meyvələrdən, hər növ tərəvəzdən bolluca yeyin.
     
  • Köklü, kartoflu, kərəvizli, soğanlı, cəfərili toyuq şorbaları soyuqlamanın qarşısını alır.
     
  • Otağınızın havası quru olmasın.
     
  • Qızdırmanız yüksəkdirsə, həkimlə məsləhətləşərək qızdırmanı aşağı salan dərman qəbul edin.
     
  • Uşağınızın burnu axarsa, öskürərsə, boğazı ağrıyarsa, azacıq qızdırması olarsa, o dəqiqə dərmanlara müraciət etməyin. Bu xəstəliklər müalicə edilsə də, edilməsə də, bir həftə ərzində keçəcək.

Nar şirəsi damar tutulmasının qarşısını alır.

Nar şirəsi orqanizmi dəri və prostat xərçəngindən qoruyur, damar tutulmasını 44 faizə endirir.Hətta nar şirəsini içdikdən 48 saat sonra belə, orqanizmə təsir göstərir. Qanın antioksidantlığını artırmaq qabiliyyəti yaşıl çayla müqayisədə 2-3 dəfə çoxdur. Nar diş xəstəliklərini müalicə edir, həmçinin dərini zərərli təsirlərdən qoruyur.
Nar şirəsi immunitet sistemini gücləndirir, tərkibindəki bəzi maddələr sayəsində xolesterol və şəkəri nizamlayır, ürəyi möhkəmləndirir.
Nar qabığı ishalın və bağırsaq qurdlarının qarşısını alır, qanlı ishal zamanı istifadə edilir. Meyvəsinin qabığından hazırlanan ekstrakt virusları və mikrobları öldürür. Nar C vitamini, həmçinin dəmir və kalium mineralları baxımından da zəngindir.

Şəkər xəstəliyi olanlara kiçik məsləhət.

Şəkər xəstəliyi olanlar meyvə və dondurmadan bol-bol istifadə edərkən bir sıra rahatsızlıqlar meydana çıxır.

Belə xəstələr mümkün qədər çox maye qəbul etməli, qidalanmalarına ciddi fikir verməlidirlər.
Şəkər xəstələrinə dondurma yemək məsləhət görülmür. Çünki dondurma qanda şəkərin miqdarının çoxalmasına səbəb olur. Kalorisi və tərkibində şəkərin miqdarı yüksək olan çiyələk, gilas, qovun və bu kimi məhsullardan həkimin məsləhəti ilə istifadə etməlidirlə

Hamiləlik zamanı dişlərinizi də düşünün.

Hamiləlik zamanı diş və diş ətləri də həssaslaşır.Bu dövrdə dəyişən rejim diş əti xəstəliklərinə və diş çürümələrinə səbəb olur. Buna görə də hamilə qadınlar diş sağlamlığına əvvəlkindən daha çox diqqət yetirməlidirlər. Çünki hamiləlik zamanı davam edən uzunmüddətli diş əti xəstəlikləri hətta erkən doğuşa da gətirib çıxarır.
Hamiləlikdə ağız və dişlərin sağlamlığı üçün görüləcək tədbirlər aşağıdakılardır:
- Gündə ən azı iki dəfə diş fırçası və diş ipindən istifadə edərək yığılan ərpi təmizləyin;
- ağızı duzlu, ilıq su ilə qarqara edin;
- çox isti və soyuq qidalardan uzaq olun;
- şəkərli qidalardan az istifadə edin;
- çürümə və ya iltihab əlamətləri gördükdə həkimə müraciət edin.

Hamiləlik dövründə dişləri müalicə etmək olarmı?

İlk üçaylıq dövr körpənin çox həssas olduğu bir dövrdür. Buna görə də yersiz müdaxilələr ağır fəsadlara səbəb ola bilər. Yalnız çox vacib olduqda təcili müdaxilə mümkündür. İkinci üçaylıq dövrdə diş çəkmək, diş kanalını müalicə etmək olar. Üçüncü üçaylıq dövrdə isə doğum zamanı yaxınlaşdığı üçün eynilə ilk üçaylıq dövrdə olduğu kimi, diş həkimi yalnız zəruri hallarda müdaxilə edə bilər.

Dişinizi fırçaladıqda belə, qoxu getmirsə...

 

Gün ərzində yeyilən soğanlı, sarımsaqlı və yağlı yeməklərin qoxusu ağızdan çəkilmir.

Balıq və pendir yedikdə də bəzən qoxu olur. Bəzi qoxular ağızda hətta 24 saat qalır. Belə olduqda limon ətirli şəkər tozlarından istifadə edə bilərsiniz. Ağız qoxusunu aparmaq üçün alma, armud, yerkökü, turp və cəfəridən də istifadə etmək olar. Darçınlı və nanəli saqqız da ağız qoxusuna qarşı təsirlidir.

Körpəm çox ağlağandır.

Analar çox vaxt körpələrinin daha çox ağlamasından şikayət edirlər. Əgər körpənizin ağlamasının səbəbini bilmirsinizsə, əvvəlcə körpəni nə vaxt qidalandırdığınızı düşünün. 3 saat əvvəl doyurmusunuzsa, yemək yedirməyə çalışın. Əgər ağlamağının səbəbi aclıq deyilsə, onda bezini yoxlayın, bez də təmizdirsə, onda körpənin yerini dəyişin, daha doğrusu, onu başqa otağa keçirin. Bu şəkildə onun ağlamasının səbəblərini müəyyən edə bilərsiniz.

Körpəni sakitləşdirmək üçün nə etməlisiniz?

·         Körpə ağlayırsa, ona əmzik, ya da diş qaşıyıcısı verin.
* Onu hərəkət etdirin, masaj edin, qarnını ovxalayın.
* Körpəni qarnıüstə yatıraraq kürəyini sığallayın, əgər qaz sancısı varsa, bu masaj ona rahatlıq gətirəcək.
* Körpənizə yaxın olun. Körpələr bəzi məqamlarda bu yaxınlığa ehtiyac duyur.
* Ağlayarkən onu qucağınıza alaraq qaranlıq bir otağa keçin və layla çalaraq sakitləşdirin.
* Əgər bütün bu deyilənlər işinizə kömək etmirsə, onda körpəniz səs-küydən, qələbəlikdən və ya işıqdan narahat ola bilər.

Hamiləlikdə stresdən uzaq durun.

Ümumiyyətlə, stress, əsəbilik insan sağlamlığına ziyandır. Hətta bir çox xəstəliklərin əmələgəlmə səbəbi kimi də stress, əsəb gərginliyi göstərilir. Ailədaxili problemlər, iş zamanı yaranan gərginlik, qanqaraçılıq... bütün bunlar eyni zamanda hamilə qadınlara da az zərbə vurmur. Stress halsızlığa, yorğunluğa, yuxusuzluğa, iştahasızlığa səbəb olan amillərdəndir. Təbiidir ki, hamiləlik dövründə yaşayış tərzində, psixoloji vəziyyətdə müəyyən dəyişikliklər baş verir. Hamilə qadınları bu dövrdə daha çox körpəsinin sağlam doğulub-doğulmayacağı fikri narahat edir ki, bu da onlarda stresə səbəb olur. Bundan başqa, ürəkbulanma, bel ağrıları, əl və ayaqlarda şişlərin olması kimi əlamətlər də stress mənbəyidir.
Mütəxəssislərin fikrincə, istər hamilə qadın, istərsə də adi insan sağlam və güclüdürsə, streslə mübarizə apara bilir. Buna görə də hamilə qadın düzgün qidalanmalı, kifayət qədər yatmalı, alkoqol və siqaretdən, həmçinin telefon və televizor kimi cihazlardan uzaq durmalıdır.
Bir sözlə, hamiləlik dövründə düzgün qidalanma, yaşayış tərzinin düzgün qurulması, stresdən kənar olmaq gələcək körpənin sağlamlığı üçün başlıca şərtlərdən biridir.

Döş xərçəngindən qorunmanın yolu.

Sızma zeytunyağında xərçəng əleyhinə kimyəvi maddələrin olduğunu müəyyən edən İspaniyalı tədqiqatçılar, bu maddələrin döş xərçənginə tutulma riskini azaltdığını bildiriblər. Temperaturdan və digər kimyəvi maddələrdən istifadə etmədən yalnız zeytunun əzilməsiylə əldə edilən sızma zeytunyağı təbii, bitki tərkibli kimyəvi maddələrdən ibarətdir. Tədqiqatçılar bu üsulla əldə edilən zeytunyağını  laboratoryada döş xərçəngi hüceyrələrinə qarşı tətbiq edərək müsbət nəticələr əldə ediblər. Bitki mənşəli kimyəvi maddə olan polifenoldan (bitki mənşəli antioksidan) ibarət olan bu yağın döş xərçəngini əmələ gətirən  HER2 geninin inkişafına mane olduğu məlum olub.
BMC Xərçəng jurnalının son sayında nəşr olunan araşdırmada, Catalan Onkoloji İnstitutunun professoru Javier Menendez, zeytunyağı ilə zəngin olan Aralıq dənizi ölkələrinə məxsus qidaların ürək xəstəliyi və yaşlanmağa qarşı qoruyucu təsirinin olduğunu söyləyib0.
Tədqiqatçılar, bu bitki mənşəli antioksidanlardan döş xərçəngi əleyhinə dərmanların hazırlanmasınmda  istifadə ediləcəyini bildirib.

 

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin.

 

Soyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir.Çünki viruslara antibiotiklərin heç bir təsiri yoxdur. Antibiotiklərdən, sadəcə olaraq, orta qulaq iltihabı, sinuzit və bronxit zamanı istifadə etmək lazımdır. Düzdür, C vitamini sağlam həyat tərzi üçün vacibdir və antioksidant xassəyə malikdir, ancaq bu vitamin də nə qripi, nə də zökəmi müalicə edir.
Vitamin çatışmazlığını dərman şəklində deyil, təbii qidalardan, məsələn, meyvə-tərəvəzlərdən, süd, qatıq kimi məhsullardan istifadə etməklə aradan qaldırmaq məsləhətdir.

Müalicədə istirahət əsas şərtdir

    * Soyuqlama zamanı müalicə məqsədilə dərman qəbul etməyin.
    * Mümkünsə, ən azı 1-2 gün istirahət edin.
    * Bol isti maye qəbul edin. Cökə, adaçayı, nanə və limon çayları ideal vasitədir.
    * Mandarin, portağal, kök kimi meyvələrdən, hər növ tərəvəzdən bolluca yeyin.
    * Köklü, kartoflu, kərəvizli, soğanlı, cəfərili toyuq şorbaları soyuqlamanın qarşısını alır.
    * Otağınızın havası quru olmasın.
    * Qızdırmanız yüksəkdirsə, həkimlə məsləhətləşərək qızdırmanı aşağı salan dərman qəbul edin.
    * Uşağınızın burnu axarsa, öskürərsə, boğazı ağrıyarsa, azacıq qızdırması olarsa, o dəqiqə dərmanlara müraciət etməyin. Bu xəstəliklər müalicə edilsə də, edilməsə də, bir həftə ərzində keçəcək.

 

Ürəyi xəstə olanlar yatarkən yun corab geyməlidirlər.

 

Qış aylarında ürəyindən şikayət edənlər mümkün qədər çölə az çıxmalıdırlar.

Çıxanda da havanı burunlarından almalıdırlar. Çölə çıxarkən ağız və burunlarını şərflə bağlamalıdırlar. Bu, həm də nəfəs yolları infeksiyalarından qorunmaq üçün faydalıdır.
Ayaqlarında damar problemi olanlar, eləcə də ürəyi xəstə olanlar istər yatarkən, istərsə də çöl-bayırda gəzərkən yun corab geyməlidirlər. Belə xəstələrin gecə ayaqları üşüdükdə qətiyyən isti kompres (həmçinin isti vanna da) etməməlidirlər. Çünki isti kompres etmək ayağın yanmasına və yaraların əmələ gəlməsinə yol aça bilər.
Ümumiyyətlə, qış aylarında ürəyindən şikayət edənlər mümkün qədər çölə az çıxmalıdırlar. Çıxanda da havanı burunlarından almalıdırlar. Çölə çıxarkən ağız və burunlarını şərflə bağlamalıdırlar. Bu, həm də nəfəs yolları infeksiyalarından qorunmaq üçün faydalıdır.
Soyuq havada dil altına qoyulan həbi də yanınızda gəzdirməyi unutmayın. Çünki belə havalarda bədənin temperaturu aşağı düşdüyü üçün spazma baş verir və nəticədə ürəyə kifayət qədər qan getmir və sinə ağrıları ortaya çıxır. Ürəyi xəstə olanlar qışda qətiyyən toxqarına qaçış idmanı ilə məşğul olmamalıdırlar.

Bal və bəhməzdən istifadə edin.
Qışda ürək xəstələrinin pəhriz saxlaması məsləhət deyil. Bədənin müqavimətini qorumaq və lazımi qədər qidalanmaq üçün uyğun kalori almaq şərtdir. Səhərlər diabeti olmayan xəstələrin 1 qaşıq bal və 1 qaşıq bəkməz yemələri məsləhətdir. Yeməklər çox ağır olmamalıdır. Ağır yeməklər əvəzinə, bol meyvə və tərəvəzdən istifadə etmək daha məqsədəuyğundur.
Yumurta yasaq deyil
“Ürək xəstələrinə yumurta yemək ziyandır” desələr də, son araşdırmalara görə, bu fikrin yanlış olduğu üzə çıxmışdır. Mütəxəssislər, əksinə, ürəyi xəstə olanlara hər gün 1 ədəd yumurta yeməyi tövsiyə edirlər.

 

Qəbizliyi törədən amillər.

 

Qəbizliyin olmaması üçün sudan kifayət qədər istifadə etmək tövsiyə olunur.

Kifayət qədər su içməmək, düzgün qidalanmamaq, hərəkətsizlik, çox yemək, bağırsaq xəstəlikləri, əzələ zəifliyi, bəzi dərmanlar, prostat problemləri, stress, yeməkdə dəyişiklik, bəzi pəhrizlər, uzun sürən səfərlər, qaraciyər və öd kisəsi xəstəlikləri qəbizliyin əsas səbəblərindəndir. Qəbizlik problemini aradan qaldırmaq üçün liflə zəngin qidalara, yəni çiy meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır. Çünki lifli məhsullar bağırsaqların fəaliyyətini gücləndirir. Belə qidalar bağırsaqdakı toksinləri, maya göbələklərinin və xəstəliktörədən bakteriyaların inkişafını azaldır. Qəbizliyin olmaması üçün sudan da kifayət qədər istifadə etmək tövsiyə olunur. Qalın bağırsağın hər gün ən azı 1,5 litr suya ehtiyacı olduğundan gündə 1,5-2 litr su içilməlidir. Qəbizlik uzun sürdükdə isə həkimə müraciət olunmalıdır.

 

Təzə paltarları geyməzdən əvvəl yuyun.

 

Yeni aldığınız paltarları, corabları yumadan geyməyin. Çünki bu məhsullar fərqli şəraitlərdə istehsal edilir. Ona görə də malların üzərinə çoxlu miqdarda toz yığılır.

Pambıqdan ipliyə, iplikdən parçaya, parçadan isə hazır məmulata çevrilən yeni paltarlar uzun müddətdən sonra əlimizə çatır. Emal zamanı özünə toz çəkən toxuma və hörmə parçalar saxlama zamanı da özünə toz çəkir. Bu mallar tikişdən sonra yuyulsa belə, bu yalnız parçaya yumşaqlıq vermək üçündür. Emal prosesindən paketlənməyə, oradan isə mağazaya çatdırılan geyim məhsulları əlimizə bütün bu mühitlərin tozunu özünə çəkdikdən sonra çatır.
Digər risk faktorlarından biri də boyamadan sonra parçanın üzərində qalan boya artıqlarıdır. Paltar və parçaların üzərindəki kükürd tərkibli bu artıqları kimyəvi təmizləmə yolu ilə aparmağa çalışsalar da, onları tam təmizləmək mümkün olmur.
Jaket, idman geyimləri, eləcə də digər geyim əşyalarındakı kükürd, toz və boya artıqlarını yumaqla təmizləmək mümkün olmadıqda onlar bədənə təmas edərək dərini qıcıqlandırır, qaşınmaya səbəb olur ki, bu da allergiya əmələ gətirir.

Bəs nə etmək lazımdır?

Yeni alınan paltarları geyməzdən əvvəl paltaryuyan maşında (üstəlik tərs çevirərək) yumaq lazımdır. Üst geyimləri, corablar, eləcə də dərisi daha həssas olan körpə və uşaqların paltarlarını da bu şəkildə yuyun. Yeni doğulan körpələrin paltarlarını hər ehtimala qarşı yuduqdan sonra orta temperaturlu ütü ilə ütüləmək məsləhətdir.

 

Halsızlığın səbəbi qanazlığı ola bilər.

 

Dəmir, foli turşusu və B12 vitamini çatışmazlığı ilə müşahidə edilən qan azlığı, yəni anemiya xəstəliyi müalicə edilmədikdə daha ciddi problemlərə səbəb olur.

Qan azlığı qanda hemoqlobin miqdarının yaşa və cinsiyyətə görə qəbul edilən normalardan aşağı olmasıdır. Qan azlığının səbəblərindən biri də sümük iliyində qanın özünübərpa funksiyasının azalması, müxtəlif səbəblər üzündən qan itkisinin artmasıdır.

Qanazlığının əlamətləri:
1. Yorğunluq.
2. Halsızlıq.
3. Başgicəllənmə.
4. İş qabiliyyətinin azalması.
5. İştahasızlıq.
6. Bəzən ürəkbulanma.
7. Təngnəfəslik.
8. Üşütmə.
9. Saçların tökülməsi.
10. Müvazinətin pozulması.

Qanazlığının səbəb olduğu problemlər:
Hamilə qadınlarda:
1. Uşaq ölümü.
2. Azçəkili uşaqların doğulması.
3. Erkən doğuş.
4. Bədənin müqavimətinin azalması.

Uşaqlarda:
1. İnkişafda gerilik.
2. Fiziki aktivliyin azalması.
3. Bədənin müqavimətinin azalması.
4. Yaddaşsızlıq.

Yeniyetmələrdə:
1. Mütəmadi olaraq yorğunluq hissi, halsızlıq.
2. İş qabiliyyətinin azalması.
3. Bədənin müqavimətinin azalması.
Dəmir çatışmazlığı ilə bağlı anemiya:
Dəmir bədəndə oksigen daşıma vəzifəsini yerinə yetirən eritrosidlərin bərpası üçün vacibdir.

Dəmir çatışmazlığının səbəbləri:
1. Qidalardan az miqdarda dəmir alma.
2. Bağırsaqlar tərəfindən az miqdarda sorulma.
3. Xroniki qanaxmalar.
Mədə-bağırsaq yarası, xərçəng xəstəliyi, həmçinin uzun müddət aspirin və revmatizma dərmanları qəbul etmək də qan azlığına gətirib çıxarır.
Yuxu pozğunluğu, rejimsizlik, düzgün qidalanmama da bu kateqoriyaya daxildir. Körpələrdə əlavə qidalara gec başlamaq, ana südü əvəzinə inək südü ilə qidalanmaq da qan azlığına səbəb olur.

Qan azlığı özünü necə göstərir?
1. Torpaq, buz, kirəc yemək istəyi.
2. Ağız ətrafında çatlar.
3. Dırnaqlarda düzləşmə.
4. Dildə qırmızılaşma.
Gündəlik dəmir tələbatı 2 milliqramdır. Qaraciyərdə, mal ətində, həmçinin balıq məhsullarında dəmir ehtiyatı çoxdur. C vitamini və portağal şirəsi bitkilərdən alınan dəmirin sorulmasını artırır, çay və qəhvə isə bu sorulmanı azaldır.
Dəmir çatışmazlığının müalicəsindən 2 ay sonra hemoqlobin miqdarı normal səviyyəyə çatır. Sümük iliyində dəmir miqdarını bərpa etmək üçün daha uzunmüddətli müalicə lazımdır.

Foli turşusu çatışmazlığı ilə əlaqədar anemiya:
 Orqanizmin qırmızı qan hüceyrələrini istehsal etməsi üçün foli turşusuna ehtiyacı var. Foli turşusunun miqdarı normadan az olduqda qan hüceyrələrinin istehsalı azalır və anemiya baş verir. Keçi südü ilə qidalanma, bağırsaq xəstəlikləri, xərçəng xəstəliyi və epilepsiya üçün istifadə edilən dərmanlar da foli turşusu çatışmazlığına səbəb olur.
 Foli turşusu çatışmazlığı ilə əlaqədar yaranan anemiya zamanı ishal, depressiya, dilin şişməsi və qızarması halları baş verir.
 B12 vitamini çatışmazlığı zamanı da anemiya yaranır. Bu vaxt dil şişir və ağrıyır, dəri saralır, zehni funksiyalar azalır.

 

Uşaqların inkişafında oyunun rolu.

 

Uşaqların istər fiziki, istərsə də psixoloji inkişafında oyunun rolu böyükdür.

Bu baxımdan uşaqların yaşadıqları mənfi və ya müsbət hadisələr onların oynadıqları oyunda da özünü göstərir.
Uşağın stresi, daxili dünyasındakı çatışmazlıqlar, qorxu və qayğıları müxtəlif oyunlarla müalicə edilə bilər. Hətta yaşadığı sıxıntılı hadisələrdən azad olmaq üçün oyun onun üçün “çıxış yolu” da ola bilər. Buna görə də çox vaxt mütəxəssislər psixoloji travma keçirən uşaqlar üçün oyun terapiyası tətbiq edirlər.
Oyunun uşaqlara göstərdiyi müsbət təsirlərdən biri də onun sosial inkşafını sürətləndirməsidir.
Uşaqlar oyun vasitəsilə bir-birləri arasında ünsiyyət qurur, yeni dostlar, tanışlar qazanırlar. Uşaqlar eyni zamanda oyunun köməyi ilə dostlarını tanıyır, onların sevdikləri və ya sevmədikləri xüsusiyyətləri öyrənirlər. Uşaqlar həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, stresdən yaxa qurtarmaq, problemləri həll etmək və liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər.
Oyundan kənarda qalma uşaq üçün psixoloji baxımdan travmaya çevrilə bilər. Belə uşaqlar yaşıdlarına qarşı daha təcavüzkar olurlar.
Ata-analar da uşaqları ilə oyun oynayaraq aralarındakı ünsiyyəti möhkəmləndirməlidirlər.
Oyuncaq seçiminə gəldikdə isə onlar uşağın yaşına uyğun olmalıdır. Bundan ötrü oyuncağı aldıqdan sonra istifadə qaydalarını çox diqqətlə oxuyun. Sınıb-dağılmış oyuncaqları saxlamayın. Oyuncaqları tez-tez təmizləyin. Üzərində “CE” işarəsi olmayan oyuncaqları almayın. Bəzən orijinal olmayan oyuncaqların üzərində də “CE” işarəsinin olduğunu unutmayın.

 

Sağlam saçlara qovuşmaq istəyirsinizmi?

 

Əgər saçlarınızın qayğısına qalmaq istəyirsinizsə, aşağıda göstərilənlərin, heç olmasa, bəzilərini həyata keçirin:

    * Saçınızı yuyarkən qətiyyən sabundan istifadə etməyin. Çünki sabun saçın qurumasına və üzərindəki kiçik canlı hüceyrələrin ayrılmasına səbəb olur.
    * Saçları tez-tez bir yerə toplamaq saç hüceyrələrinin sıxılmasına yol açır və saçlar qırılır.
    * Daraq alarkən dişlərinin mümkün qədər geniş olmasına çalışın.
    * Saçınızı darayarkən nəmli və ya islanmış olmasına diqqət yetirin. Çünki quru saçı daradıqda qırılır.
    * Quru saçlar üçün 2 xörək qaşığı küncüt, badam və ya günəbaxan yağı götürün. Sonra 3-4 xörək qaşığı noxud unu hazırlayın. Yumazdan əvvəl saçınızı seçdiyiniz yağla masaj edin. Sonra qalan yağın üzərinə noxud unu və bir az da isti su əlavə edərək qarışdırın. Bu qarışığı saçınıza vurub yaxşıca yuyun.
    * Bitki yağları saçlara canlılıq, elastiklik və parlaqlıq gətirir, ətrafdakı zərərli təsirlərdən qoruyur.
    * Saçları yuduqdan sonra yaxalamaq xüsusilə yağlı və kəpəkli saçlarda möcüzələr yaradır. Başın dərisi qurudursa, bitki mənşəli qarışıqlarla və ya azacıq alma sirkəsi əlavə edilmiş su ilə yaxalamaq məsləhətdir.
    * Saçınız yağlıdırsa, 1 ədəd limonun qabığını sürtgəcdən keçirin və 1 qaşıq nazik doğranmış cökə və yarım litr su əlavə edərək qarışdırın və qaynama dərəcəsinə çatana qədər qızdırdıqdan sonra 10 dəqiqə dəmə qoyduqdan sonra süzün. Sonra 8 ədəd limonun suyu ilə birlikdə hamısını bankaya töküb çalxalayın və 2 gün saxlayın. Saçınızı yuduqdan sonra 1 litr ilıq suya həmin mayenin 1/8 hissəsini əlavə edib, saçınızı yaxalayın.
    * Saçınıza daha çox parlaqlıq vermək üçün qurudarkən feni saçın kökündən uclarına doğru tutaraq qurudun.

 

Üzmək və qaçmaq beyin üçün ən yaxşı vitamindir.

 

 Tətildə təkcə bədən deyil, beyin də dincəlməlidir. Bunun üçün çoxlu üzmək və qaçmaq faydalıdır. Çünki dəniz və günəş orqanizm üçün ən yaxşı vitamindir. Yorulan beynin dincəlməsi üçün ən yaxşı metod nədir? Bir qayda olaraq səs-küylü, səhhətə ziyan vuran yerlərdən uzaqlaşmaq lazımdır. Tətil müddətində idman etmək, mümkün qədər açıq havada gəzmək, iş barədə düşünməmək məsləhətdir.
Bəzən bu müddətdə görülməsi vacib olan işlərlə məşğul oluruq. Bu da beyni daha çox yorur. İnsan ruhən fəsillərə daha çox bağlıdır. Gərgin və stresli iş saatından sonra tətilə çıxarkən günəşlə dəniz beynin dincəlməsi üçün əsl fürsətdir. Üzmək orqanizm üçün vacib rol oynayır. Dəniz suyunu xüsusilə günəş şüaları ilə birlikdə qəbul etdikdə bədən bir çox xəstəliklərdən qorunmuş olur və bu, bəzi xəstəliklərin müalicəsinə də kömək edir.
İstirahət üçün vaxt ayırmayıb yalnız işi düşünən insanlarda ruh düşkünlüyü, yuxusuzluq, əsəb pozğunluğu və s. çatışmazlıqlar meydana çıxır. Belə adamlar tətillərini səmərəli keçirməlidirlər ki, bütün bu fəsadlar aradan qalxsın. Rejimə əməl etməklə, düzgün qidalanmaqla, idman etməklə, stresdən uzaqlaşmaq mümkündür. Kitab oxumaqla beyin daha fəal olur. İdman beyni sakitləşdirir, qan dövranını nizamlayır, beynin qidalanmasını rejimə salır. Ancaq ağır idman növləri ilə məşğul olmaq düzgün deyil. Bədən üçün ən asan və faydalı olan idman növü qaçışdır. Bədəni ağır idmanla yükləmək və buna səy göstərmək qan təzyiqinin yüksəlməsinə yol açır ki, bu da beyinə qan sızması ilə nəticələnə bilər.
Sonda sizə gözəl bir resept təklif edir və ümid edirik ki, bu resept orqanizminizin dincəlməsi üçün faydalı olacaq:
1 dilim ananas, 1 ədəd banan, bir ovuc kişmiş götürün və 1 stəkan alma suyu ilə mikserdə qarışdırın.
Artıq “dərmanınız” hazırdır.

Yemiş-qarpızın faydası tükənməzdir.

Qarpızın tərkibində likopen maddəsi olduğundan orqanizmi xərçəng xəstəliyindən qoruyur.

    *  Qovun həzmi asanlanlaşdırır, qanı təmizləməklə yanaşı, həm də artırır, böyrəklərdəki qum və daşların tökülməsinə yardım edir. Qovunun tərkibində su daha çoxdur. Dərinin təravətli qalmasını təmin edən qovun orqanizmin gün ərzində C vitamininə olan ehtiyacını da ödəyir.
    *  Qarpızın tərkibində likopen maddəsi olduğundan orqanizmi xərçəng xəstəliyindən qoruyur. Sidik kisəsi daşlarını təmizləyən qarpızın əti də, çəyirdəyi də, qabığı da dərmandır, qoxusu baş ağrısını kəsir, dərini təmizləyir, iştahaaçandır, susuzluğu aparır, bağırsaq qurdlarını öldürür

 

 
Bugün 22227 ziyaretçi (33362 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol